Bu daşımaları tənzimləyən icazə sistemi tətbiq ediləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri məlum olub.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə əksini tapıb. Nizamnaməyə əsasən, Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
- avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin etmək;
- avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək;
- rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək;
- müvafiq sahənin inkişafını təmin etmək;
- bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...












