Bu ərazilərə 77 ədəd şarj məntəqəsi quraşdırılacaq

Ötən il elektrik avtomobillərinin sayı 3102 ədədə çatıb. Əhali arasında elektrik avtomobillərinə marağın artması onların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlıdır.
Bunu “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev deyib.
“2022-ci ildə idxal olunan hibrid avtomobillərinin sayı 10 mindən çox, elektrik avtomobillərin sayı isə 486 olub. Ötən il hibrid avtomobillərin sayı isə 14 mindən çox olub. Bu ilin göstəricilərinin ötən ilin göstəricilərini geridə qoyacağına ümid edirəm. Cari ilin yanvar-mart aylarında 800-dən çox elektromobilin idxal olduğunu müşahidə etmişik. Ümid edirik ki, bu ilin sonuna qədər elektrik avtomobillərin sayı 5 mini keçəcək”, – deyə Eyyub Əliyev əlavə edib.
Azərbaycanda keçiriləcək COP29-la bağlı dövlət tərəfindən böyük işlər görüldüyünü vurğulayan Eyyub Əliyev elektrik avtobuslarının idxalında da dinamika olduğunu bildirib:
“COP29 ərəfəsində şarj məntəqələri ilə bağlı böyük işlər görülür. COP29-dək Bakı və Bakıətrafı qəsəbələrdə 77 ədəd şarj məntəqəsinin quraşdırılması planlaşdırılır. Bakıdan kənar, bölgələrə gedən magistral yollarda 70 ədəd şarj məntəqəsinin quraşdırılması planlaşdırılır və hal-hazırda bu işlərə başlanılıb”.
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










