Bu markalar elektromobillərə keçməyə tələsmir - ADLAR

Son zamanlarda elektrikli avtomobillərə maraq kifayət qədər yüksəkdir.
Avtosfer.az xəbər verir ki, bir çox nəhəng avtomobil istehsalçısı elektrikli avtomobillərə daha çox yatırım etməyə başlayıb.
Lakin bəzi şirkətlər var ki, bu məsələyə fərqli yanaşırlar. Üstəlik, onların dünyanın nəhəng brendləri olması da xüsusi diqqət çəkir. Belə ki, "BMW", "Mercedes", "Ford", "Kia", "Audi" və "Stellantis" kimi məşhur avtomobil istehsalçıları tamamilə elektromobilə keçid etmək niyyətində deyillər.
Həmin şirkətlər bunun əvəzinə hibrid avtomobillərin istehsalına üstünlük verirlər. Onların düşüncəsinə əsasən, tamamilə elektrikli avtomobillərin istifadəsi yaxın gələcəkdə real görünmür. Ona görə də keçid dövrü olaraq hibrid avtomobillərə yatırım edirlər.
Hazırda "BMW", "Mercedes", "Ford", "Kia", "Audi" və "Stellantis"in 100% elektrikli avtomobil istehsalı ilə bağlı planları var. Amma bu şirkətlərin hamısının sözügedən planları növbəti illərə təxirə salacağı, bir müddət hibrid avtomobilərə yönələcəkləri bildirilir. Lakin tamamilə elektromobilə keçid olunana qədər həmin şirkətlərin zaman-zaman elektromobil istehsal edəcəkləri də qeyd olunur.
(hit.az)
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










