Bu yolda sürət həddi dəyişdirildi, sürücülər narazılıq edir - FOTO - YENİLƏNİB

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 30 km-də Qaradağ rayonu ərazisində keçən hissədə sürət həddi Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Nəqliyyat Agentliyinə 27 sentyabr 2022-ci il tarixli müraciəti əsasən dəyişdirilib:
“Müraciətdə bildirilib ki, həmin ərazi müayinə olunub. Əsas yolda hərəkət intensivliyini və qeyri-yaşayış obyektlərinə gələn vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə maksimal sürət həddinin 90 km/saat-dan 70 km/saata endirilməsi məqsədə müvafiq hesab edilib”.
***
Bakı-Ələt-Qazax magistral yolunun Qaradağ rayonunun Sahil qəsəbəsindən keçən hissəsində sürət həddi dəyişdirilib. Avtosfer.az xəbər verir ki, “Qaradağ market”in qarşısında əvvəllər saatda 90 kilometr olan sürət həddi 70-ə endirilib. Sürücülər sürət həddinin texniki qurğuya – radara az qalmış bu formada dəyişdirilməsinin doğru olmadığını bildiriərək etiraz edirlər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, qeyd olunan ərazidəki iaşə obyektlərinin qarşısında bir neçə dəfə yol-nəqliyyat hadisəsinin baş verməsi əsas gətirilərək sürət həddinin azaldılması ilə bağlı vətəndaşların müraciətləri daxil olub: “Ərazidə sürət həddinin azaldılması ilə ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskinin azalması nəzərə alınaraq tərəfimizdən müvafiq təklifə müsbət rəy verilib və Bakı Nəqliyyat Agentliyi tərəfindən mövcud yol nişanı quraşdırılıb”.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, radara 150-1000 metr qalmış sürət həddini bildirən yol nişanı quraşdırıla bilər.

Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










