“Chery” brendinin Azərbaycanda rəsmi təqdimat mərasimi keçirildi - FOTO-VİDEO

Oktyabrın 5-də “Efendiler Group”a yeni daxil olan “Chery” brendinin “Hilton” hotelində rəsmi təqdimat mərasimi keçirilib.
Təqdimatda bir sıra məşhur şəxslər iştirak ediblər. Qonaqlar “Chery Tiggo” modellərinin hər bir xüsusiyyəti ilə yaxından tanış olublar.
“Bu gün “Chery” brendinin Azərbaycanda yeni erasına start verilir. Biz qürur hissi ilə elan edirik ki, Çinin ən böyük avtomobil istehsalçılarından biri olan “Chery” brendi artıq “Efendiler Group”a daxildir”, - deyə “Efendiler Group”un İcraçı Direktoru Amal Əlili bildirib.
“Chery Automobiles” - 1997-ci ildə təsis olunub və artıq 25 ildir ki, fəaliyyət göstərir. Hal-hazırda “Chery” 80-dən çox ölkədə təmsil olunur və dünya üzrə 1500-dən çox satış mərkəzinə malikdir.
“Chery” ilə “Efendiler Group”un əməkdaşlığı 2021-ci ildə başlayıb. Azərbaycanda bu avtomobillərin və ehtiyat hissələrinin satışı, texniki xidməti Bakı şəhəri, Babək prospekti, 37 ünvanında həyata keçirilir.
Qeyd edək ki, hal-hazırda “Chery” şirkətinin ən son korporativ standartlarına uyğun satış mərkəzinin tikintisi davam edir və qısa zamanda təhvil veriləcək.
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb











