Çin şirkətləri keyfiyyətsiz avtomobil iddialarına cavab verdi

Son vaxtlar Rusiyada Çin avtomobillərinin, o cümlədən Federasiyada istehsal edilən modellərin keyfiyyəti ilə bağlı müzakirələr intensivləşib.
Avtosfer.az xəbər verir ki, Novosibirsk şəhərində keçirilmiş forumun da gündəliyində duran əsas məsələlərdən biri də elə bu olub.
Forum iştirakçılarından bəziləri Çin modellərini kəskin tənqid edib. Onlar bu ölkənin texnikasını almağı lotereyaya bənzədiblər. İddia olunub ki, Çin maşınlarında 500 kilometrdən sonra nasazlıqlar üzə çıxır. ən çox problem mühərrik, asqı və elektrik sistemindədir.
Buna cavabında çinli mütəxəssislər bildiriblər ki, Rusiya bazarı onlar üçün prioritet istiqamət deyil: “Biz Rusiyada biznesimizi inkişaf etdirmək üçün perspektiv görmürük.
Bank faizləri çox yüksəkdir, utilizasiya rüsumu çox böyükdür, rubl stabil deyil. Belə vəziyyətdə yalnız satışla məşğul olmaq olar. Zavod açmaq, yaxud istehsala sərmayə qoymaq çox risklidir”.
Vüqar Yaşaroğlu
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












