Çin şirkətləri “Porsche”ni də çökdürür – Satışları azalıb

Almaniyanın avtomobil istehsalçısı «Volkswagen Group»un lüks markası «Porsche», bu ilin birinci yarısında qlobal avtomobil satışlarının 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7% azaldığını elan edib.
Bu azalma Çində tələbin azalması səbəbindən meydana gəlib.
Şirkət, 2024-cü ilin 6 ayı ərzində Çində 29 551 avtomobil tədarük edib bu göstərici 2023-cü illə müqayisədə 33% azdır. «Porsche»nin açıqlamasına görə, satışların azalmasının səbəbləri Çin bazarındakı davam edən gərgin iqtisadi vəziyyət və şirkətin daha çox gəlir gətirən modellərin satışlarına fokuslanmasıdır. Bu, iqtisadi çətinliklərin və strateji dəyişikliklərin satışlara mənfi təsir göstərdiyini göstərir.
«Porsche» başqa bazarlarda da geriləyib. 2024-cü ilin ilk altı ayında «Porsche»nin Şimali Amerikadakı satışları, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 36 558 avtomobilə düşüb. Əvəzində «Porsche»nin vətəni və əsas bazarı olan Almaniyada satışlar 22% artaraq 20 811 avtomobilə çatıb. (fed.az)
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Süni intellektə görə avtomobillər bahalaşa bilər












