Çinin Aİ-nin tarif qərarına qarşı çoxsaylı əks tədbirləri var

Çinin Avropa İttifaqının (Aİ) Çin istehsalı olan elektrik avtomobillərinə əlavə gömrük rüsumlarının tətbiq edilməsi ilə bağlı son qərarına çoxsaylı cavabı var. Amma Pekin Aİ ilə ticarət müharibəsindən yayınmaq üçün daha çox danışıqları arzulayır.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə nüfuzlu “China Daily” qəzetində bildirilib.
Məqalədə Avropa Komissiyasının Çin istehsalı olan elektrik avtomobillərinə 38,1 faizə qədər idxal rüsumunun tətbiq ediləcəyi ilə bağlı qərarına Pekinin necə cavab verəcəyi vurğulanıb.
Çin Maşınqayırma və Elektron Məhsulların İxracı və İdxalı Ticarət Palatasının baş katibi Sun Siaohon qəzetə müsahibəsində Aİ-nin qərarının səbəbsiz olduğunu, Dünya Ticarət Təşkilatının prinsiplərinə uyğun gəlmədiyini deyib. Baş katib hesab edir ki, Avropa Komissiyasının qərarı siyasi motivli və proteksionizm yönümlüdür.
“Çinin bir çox müvafiq əks tədbirləri var, lakin ölkə mümkün qədər ticarət müharibəsindən qaçmaq üçün Aİ ilə danışıqlar aparmağa daha çox hazırdır”-, deyən Sun Siaohon əlavə edib ki, yalnız əməkdaşlıq Avropaya sənaye transformasiyasını və modernləşməsini sürətləndirməyə kömək edəcək.
Qeyd edək ki, Avropa İttifaqından əvvəl ABŞ də Çin istehsalı olan eletrik avtomobillərinə 100 faizədək əlavə idxal rüsumlarının tətbiq olunacağını elan edib.
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO












