Daha bir mülkü geyimli şəxsin qanunsuz radar quraşdırdığı aşkarlandı – VİDEO

Azərbaycanda daha bir mülkü geyimli şəxs yolun qırağıda radar qurub sürücüləri tələyə salır! avtosfer.az saytının məlumatına görə, bu videonu facebook sosial şəbəkəsində «Hamam Times» adlı qrup paylaşıb. Qrupda video ilə birlikdə bu mətn də qeyd olunub: «Yollarda radar olmalıdır. Amma bu, qanunun tələblərinə cavab verməlidir. Polislər sürücüləri tələyə salıb onlardan pul soymamalıdır. Hər şey qanun çərçivəsində olmalıdır. Bu videonu da paylaşırıq ki, qanunsuzluqların qarşısını birlikdə alaq!».
Radar quraşdıran mülki geyimli şəxsi telefonla lentə alan gənclər onunla zarafatlaşıb burada niyə radar qoyduğunu və nə qədər maşını radara saldığını soruşurlar. Həmin naməlum şəxs isə başındakı papaqla üzünü gizlədərək «hə» deməklə kifayətlənir. O, üzünün kadra düşməsindən ehtiyyat edir. Maraqlıdır, əgər bu adam qanuni işlə məşğuldursa, nədən gizlənir?
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə bu cür gizli radarların foto və videoları yayılır. Baş Dövlət Yol Polisi İdarəsi isə bildirir ki, yol polisi gizli və aşkar şəkildə xidmət apara bilər. Maraqlıdır, bu videoda xidmət aparan şəxs doğrudanmı yol polisi əməkdaşıdır? Ümumiyyətlə, gizli və aşkar xidmət deyərkən radar quraşdırmaq da bu kateqoriyaya aiddirmi? avtosfer.az saytı bu məsələyə tezliklə aydınlıq gətirəcək.
http://www.youtube.com/watch?v=cWxULFxh_e8&feature=em-upload_owner
Ruslan
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO













