Deputat sürücüləri narahat edən pərdə-plyonka məsələsindən danışdı – DYP cərimə yazacaqmı?

Mövcud qanunvericiliyə görə, noyabrın 15-dən Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə pərdə-plyonka vurulması qadağandır. Düzdür, yol polisi kiməsə cərimə yazmır. Amma qanunda dəyişiklik edildiyi halda Nazirlər Kabinetinin kiçik bir standart tətbiq etməsini bir ildən çoxdur gecikdirməsi başadüşülən deyil.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən deputat Vüqar İskəndərov bildirib ki, ötən il Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarıldı və sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi ilə bağlı təklif verildi. Nazirlər Kabineti tərəfindən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası ilə bağlı standartların müəyyən edilməsi üçün isə üç ay vaxt verilmişdi. Təklifin qayəsi bundan ibarətdir ki, mayın 1-dən noyabrın 15-dək avtomobillərdə pərdə, jalüz və plyonka istifadəsinə qoyulan məhdudiyyət aradan qaldırılsın. Lakin hələ də bu istiqamətdə Nazirlər Kabineti tərəfindən yekun standart müəyyənləşməyib.
İndiki halda "Yol hərəkəti haqqında" qanunun 1 saylə Əlavəsinin 7-ci hissəsi noyabrın 15-dən sonra qüvvəyə minəcək. Belə olduqda isə yol polisi sürücülərə cərimə yazmaq hüququna malikdir.
Vüqar İskəndərov əlavə edib ki, məsələ ilə bağlı parlamentdə qərar qəbul olunub. Nazirlər Kabinetinin göstərişi ilə qaydalar müəyyən edilməli və həmin qərar icra olunmalıdır. Qanun da yalnız bundan sonra qüvvəyə minəcək: “Lakin məsələ hələ də həll olunmamış qalıb. Parlament öz üzərinə düşəni yerinə yetirib, müzakirələr olunub. Həm komitə iclaslarında, həm parlamentdə qanun yerini tapıb. Bu məsələ icra mərhələsindədir. Qərar qəbul olunmadığına görə avtomobillərin texniki baxışı zamanı, alqı-satqı məsələsində problemlər yaranır. Qanun təsdiq olunmayıb deyə vətəndaşlar problemlərlə üzləşirlər. Məsələ artıq hökümətin səlahiyyətində olduğu üçün mən artıq söz deyə bilmirəm. Mən də parlamentin üzvü kimi bu məsələdə maraqlıyam ki, qəbul olunan qanunun icrası təmin olunsun. Vətəndaşların üzləşdiyi bu problem həll edilsin”.
Nərminə Əli
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?










