"Dodge" yeddi “vida” avtomobilindən ibarət olan seriyanın ilkini göstərib - FOTO

Səkkizsilindrli benzin mühərrikləri olan Dodge əzələ avtomobillərinin dövrü başa çatır. Amerikan istehsalıçı hazırkı formada olan Challenger və Charger modelləri ilə Last Call (“Son Zəng”) adı altında buraxılacaq altı avtomobildən ibarət xüsusi seriya ilə vidalaşmağı planlaşdırır. Amerikan ingiliscəsində bu ifadə barın tezliklə bağlanacağını və son sifariş üçün tələsməyin gərək olduğunu bildirir.
Seriyanın ilk avtomobili Challenger Shakedown modeli olacaqdır ki, bu da 2016-cı ilin SEMA sərgisində nümayiş etdirilmiş eyni adlı konseptə işarədir.

2016 Dodge Challenger Shakedown Concept (SEMA)
Dodge Challenger Shakedown modelinin tirajı 1000 nüsxə ilə məhdudlaşdırılacaqdır. Tirajı, boz Destroyer Grey rəngində kuzovu olan R/T Scat Pack və qara Pitch Black rəngə boyanmış R/T Scat Pack Widebody modifikasiyaları arasında bərabər böləcəklər.
Əzələ avtomobillərinin fərqləndirici xüsusiyyətləri şeyker (kapotdakı hava girişi), xüsusi qrafika, yapışırmalar, qara rəngli radiator barmaqlığı, haabelə qırmızı rəngə boyanmış altı porşenli Brembo supportları olacaqlar.

Shakedown modelinin salonunda “Shakedown” nişanları, dəri və alkantara ilə üzlənmiş oturacaqlar və Demonic Red rəngində təhlükəsizlik kəmərləri quraşdırılacaqlar.
Məhdud seriyadan olan avtomobillərin kapotu altında Challenger R/T Scat Pack üçün standart olan 6,4-litrlik V8 HEMI mühərriki dduracaqdır. O, 492 at qüvvəsi və 644 Nm fırlanma anı hasil edir. Mühərrikin fırlanma anı arxa təkərlərə səkkiz pilləli “avtomat” vasitəsilə ötürülür.


Last Call seriyasından olan qalan beş avtomobilin (onlardan bəziləri Hellcat kompressorları ilə təchiz olunacaq) sentyabr ayının 21-də nümayiş etdiriləcəyi bildirilib.
Noyabr ayında keçiriləcək SEMA şousunda Dodge bu növün son nümayəndəsini göstərəcəkdir. Çox güman ki, həmin avtomobil təxminən 900 at qüvvəsi hasil edən bioetanolla çalışan mühərrikli Challenger modeli olacaqdır.


Autograph.az
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










