Dörd rekordu birdən qıran yeni superkar – FOTO + VİDEO

İsveç avtomobil istehsalçısı “Koenigsegg” yeni superkar “Jesko Absolut”u təqdim edib. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil 1625 at gücü hasil edən beş litrlik V8 mühərriki ilə təchiz edilib.
Bildirilir ki, “Jesko Absolut” bu yaxınlarda bir neçə dünya rekordunu da qırıb.
Belə ki, “Örebro” aerodromunda (İsveç) keçirilən sürüş zamanı “Jesko Absolut” eyni vaxtda dörd rekorda imza atıb.
Sıfırdan 400 kilometr saata sürətlənən “Jesko Absolut”, tormozlanmaya qədər məsafəni rekord müddətə - 27,83 saniyəyə qət edib.

2023-cü ildə keçirilən başqa bir sürüş zamanı isə “Koengisegg Regera” superkarı həmin testi 0-dan 250 mil/saatı (402 kilometr saat) 28,27 saniyəyə başa vurub.
“Jesko Absolut” həmçinin hər hansı istehsal avtomobilindən daha sürətli olaraq 400 km/saat və 250 mil/saat sürətlənərək müvafiq olaraq 18,82 saniyə və 19,2 saniyə sərf edib.
Namiq Musayev

Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










