Dövlət bankının avtomobilləri özəlləşdirildi - MƏBLƏĞLƏR

İyulun 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib. Hərracda 4 avtomobil satılıb.
Avtosfer.az xəbər verir ki, hərracda "Azərtürk-Bank" ASC-nin balansında olan 4 avtomobil özəlləşdirilib. Hərracda satılan Auudi A6 markalı avtomobillərin buraxılış ili 2015-ci ildir. İlkin hərrac qiyməti 13 750 – 15 000 manat, yekun satış qiyməti isə 21 000 – 25 000 manat aralığında dəyişir.
Xidmətdən verilən məlumata görə, özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiyməti ilə https://clck.ru/36iFgs linki vasitəsilə tanış olmaq olar.
Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.
|
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Nəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
İlkin hərrac qiyməti (manatla) |
Yekun hərrac qiyməti (manatla) |
|
1 |
"Azərtürk-Bank" ASC |
Audi A6 |
90 PG 546 |
2015 |
15000 |
23050 |
|
2 |
"Azərtürk-Bank" ASC |
Audi A6 |
77 AX 443 |
2015 |
14250 |
21500 |
|
3 |
"Azərtürk-Bank" ASC |
Audi A6 |
10 AH 181 |
2015 |
13750 |
25000 |
|
4 |
"Azərtürk-Bank" ASC |
Audi A6 |
77 PR 557 |
2015 |
14500 |
21000 |
(fed.az)
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










