Dünyanın ən güclü sedanı təqdim olundu

ABŞ-ın “Lucid Motors” şirkəti “Air” sedanının “Sapphire” adlı yeni versiyasını təqdim edib.
Dizaynerlər onu dünyanın ən güclü və ilk lüks supersport elektrik sedanı adlandırırlar.
“Air Sapphire”in elektrik mühərrikləri toplam 1200 at gücünə malikdir. Avtomobildə üç elektrik mühərriki - ikisi arxa oxda və biri öndə quraşdırılıb. Sedanın 60 mil/saata (96,6 km/saata) sürətlənməsinin 2 saniyədən, 100 mil/saata (161 km/saat) isə 4 saniyədən az vaxt apardığı iddia edilir. Elektromobili düz xətt üzrə klassik dörddə bir mil məsafəsini 9 saniyədən az vaxta qət edə bilər.
Sıx döngələrdə sedanın idarəetmə sistemi daxili təkərə regenerativ əyləc tətbiq edə bilir, eyni zamanda xarici təkərə daha çox dartma qüvvəsi verir və avtomobilin çevikliyini artırır.
“Air Sapphire” karbon-keramika əyləcləri, aerodinamik paket, yeni idman oturacaqları və yarış meydançasına uyğunlaşdırılmış asma ilə təchiz edilib.
Sedanın yeni versiyasının seriya istehsalı 2023-cü ilin əvvəlinə planlaşdırılır. Avtomobilin qiyməti ən azı 249 min dollar olacaq.
Mənbə: gazeta.ru
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı











