DYP: «Olmayan nişana və ya xəttə görə heç kəsin haqqında tədbir görülə bilməz»

Bəzən nəqliyyat müfəttişlərinin vəzifələri ilə yol polisinin vəzifələri üst-üstə düşür. Məsələn, yolda nişan quraşdırılmayıbsa, yol polisi nəqliyyat müfəttişini günahlanıdırır. Ya da əksi baş verir. Mümkün deyilmi ki, həmin səlahiyyətlər bir qurumda cəmləşdirilsin? Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin “Qafqazinfo” ya müsahibəsində bildirib ki, yol patrul xidmətinin əməkdaşı sürücünü yalnız mövcud olan yol nişanı və ya nişanlama xəttinin tələbinin pozulmasına görə məsuliyyətə cəlb edə bilər. Olmayan nişana və ya xəttə görə heç kəsin haqqında tədbir görülə bilməz. Yolda əgər nişan yoxdursa sürücü onun tələbəni necə poza bilər? Lazımi yerdə nişanın olmaması başqa məsələdir. Əgər bu təmir işləri ilə bağlıdırsa, təmir işini aparan şirkət ərazini həmin nişanlarla təmin etməlidir. Yol polisi isə buna nəzarət edir. Ümumiyyətlə, paytaxt ərazisində bütün yol nişanları yalnız Nazirlər Kabinetininin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə quraşdırıla və ya çıxarıla bilər. Qeyd edim ki, bu Komissiyanın tərkibində işçi qrup fəaliyyət göstərir və hər hansı nişanın harada quraşdırılmasının zəruriliyi də məhz həmin qrup tərəfindən araşdırılır. YHTK-nın müvafiq qərarı olmadan yol nişanlarının qurulması üçün onları quraşdıran şəxslər məsuliyyət daşıyırlar».
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO











