“Ekoloji nəqliyyat” sisteminin tətbiqi təxirə salındı

Özbəkistan hökuməti “Ekoloji nəqliyyat” sisteminin mərhələli tətbiqini 2024-cü il iyunun 1-dən 2025-ci il martın 1-nə keçirib. Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, həmin vaxt nəqliyyat vasitələrinin normativlərə uyğunluğunun qiymətləndirilməsi və ekoloji etiketlərin verilməsi başlayacaq.
Ölkənin Nazirlər Kabinetinin qərarına əsasən, hökumətin müvafiq sahələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş bəzi qərarlarına dəyişikliklər və əlavələr edilib.
Nəşrlərdə qeyd edilir ki, “Ekoloji nəqliyyat” sistemi çərçivəsində ərazilərin ekoloji vəziyyətindən asılı olaraq onların “təmiz”, “orta” və “zərərli” ekoloji zonalara bölünməsi planlaşdırılır. Diaqnostikadan sonra nəqliyyata “yaşıl”, “sarı” və “qırmızı” stikerlər veriləcək. Bundan sonra ekoloji zonaların ərazilərində və onların sərhədlərində nişanlar qoyulmalıdır, məlumat isə onlayn platformalarda dərc edilməlidir.
Kateqoriyası ekoloji zonaya uyğun olmayan nəqliyyat vasitələrinin sahibləri kompensasiya ödəyəcək, yaxud onlara müvafiq ekoloji zonaya giriş qadağan olunacaq və ya məhdudlaşdırılacaq.
Bundan əlavə, istehsalı ətraf mühitə mənfi təsir göstərən sənaye müəssisələrində və onlara bitişik ərazilərdə “yaşıl zonaların” yaradılması və tətbiq edilməsinə dair tədbirlər həyata keçiriləcək.
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












