Ekspert: "Azərbaycanda avtomobillərin qiyməti stabilləşəcək"

2021-ci ilin dekabr ayında Azərbaycanda avtomobil bazarı üzrə satışlar noyabr ayına nisbətən təqribən 5 % artıb.
Bu barədə “Report”a açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, noyabrda satışlar kəskin azalsa da, dekabrda vəziyyət artıq normallaşmışdır.
E. Cəfərov hesab edir ki, dekabr ayında avtombillərin qiymətində elə bir ciddi dəyişiklik olmayıb: "Ay ərzində ölkəyə daha çox gətirilən və satılan avtomobillər Rusiya istehsalllı avtomobillər olub. Bu avtomobillərin bu günkü Avropa təhlükəsizlik standartlarına qismən cavab verilməsinə baxmayaraq, onlara qiymətlərinin və lizinq şərtlərinin əlverişli olmasına görə tələb var. Seqment məsələsinə gəldikdə, daha çox “C” seqmenti olan avtomobillər satılır. Bunlar mühərrikin həcmi 1500 -1800 kubsantimetr arasında olan avtomobillərdir”.
Ekspert hesab edir ki, növbəti aylarda ölkənin avtomobil bazarında qiymətlər stabil qalacaq:
“Bu il yanvarın 1-dən Azərbaycana idxal olunan yeni hibrid və elektrik mühərrikli avtomobillər ƏDV-dən azad olunub. Bu o deməkdir ki, həmin tarixdən vətəndaşlarımız bu avtomobilləri daha ucuz qiymətə alacaq. Paralel olaraq ölkəmizə idxal olunan benzin və dizel mühərrikli avbtomobillərin mühərrik həcminə görə alınan rüsumlar artırılıb. Bununla avtomobil bazarında qiymətlərin tənzimlənməsində bir balanslaşdırma yaradılır. Nəticədə avtomobillərin qiymətinin kəskin dəyişməsinə şərait olmayacaq”.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












