Elektrikli avtomobillərdə yağış yağanda “tok” vurur, temperatur yüksək olduqda maşın yanır?

Son zamanlar elektrikli avtomobillərlə bağlı yayılan iddialar vətəndaşları ciddi narahat edir. Belə ki, bu cür avtomobillərin 25 dərəcədən yuxarı temperatura dayanıqlı olmadığı, partlayış təhlükəsi olması, ətrafa radiasiya yayması barədə fikirlər var. Məsələni araşdırmaq üçün peşəkarlara üz tutduq.
Avtosfer.az xəbər verir ki, “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev bu barədə sualları cavablandırdı.

Ekspert bildirib ki, elektrikli avtomobillərlə bağlı “yağış yağanda “tok” vurur”, “maşın yanır” kimi şayiələr gəzir: “Şükürlər olsun, belə hallarla hələ Azərbaycanda qarşılaşmamışıq. Lakin avtomobillərin 25 dərəcədən yuxarı temperatura dayanıqlı olmaması, partlayış təhlükəsinin qarşısını indidən ala bilərik... Elektrlikli avtomobil alan şəxslərə xüsusi təlimatlar verilir, yəni rəsmi avtomobil idxalçıları müştəriləri təlimatlandırırlar. Amma qeyri-rəsmi, pərakəndə şəkildə avtomobil idxal edən şəxslər isə bunu etmirlər. Əlbəttə ki, bu, gələcəkdə hansısa fəsadlara səbəb ola bilər. Rəsmi avtomobil idxalçılarından alınan avtomobillərlə bağlı verilən xüsusi təlimatlara, məsələn, şarja qoymaq və bu kimi qaydalara uyğun avtomobilə düzgün qulluq olunduqda heç bir problem ortaya çıxmır. Lakin təkrarən qeyd edirəm ki, qeyri-avtomobil idxalçıları tərəfindən ölkəyə gətirilən elektrikli avtomobillərdə, əlbəttə ki, problemlər yarana bilər”.
(pravda.az)
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










