Elektrikli taksilərin sayı on dəfə artırılacaq

Yunanıstan iqlimə uyğun elektromobilliyə keçid səylərinin bir hissəsi olaraq, 2026-cı ilə qədər Afinada elektrik taksilərinin sayını on dəfə artırmağı hədəfləyir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, hazırda Afinada 13 min 661 taksidən yalnız yüzü elektriklə işləyir. Bildirilib ki, rəsmi olaraq layihənin hədəfi dövlət və özəl sektorun dəstəyi ilə növbəti 18 ay ərzində bu rəqəmi azı minə çatdırmaqdır.
Yunanıstan İnfrastruktur və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, keçən il elan edilmiş və 2025-ci ildə başa çatacaq mövcud “Yaşıl Taksi” sxeminə əsasən, taksi sürücüləri yeni elektrikli taksinin qiymətinin təxminən 40 faizini təşkil edən 22 min 500 avroya qədər subsidiya ala bilərlər.
Sürəti artırmaq üçün özəl sektor tərəfindən dövlətlə razılaşdırılaraq “Zap Taxi Club” adlı əlavə proqram yaradılıb. O, taksi sürücülərinə Yunanıstanın sistem banklarından biri olan Milli Bank tərəfindən lazım olan əlavə vəsait təklif edir.
Dövlət subsidiyası ilə birlikdə taksi sürücüləri aylıq ödənişlə bir neçə ay ərzində yeni elektrik avtomobilinə sahib ola bilərlər. Onlara yeddi şirkət tərəfindən istehsal olunan avtomobillər arasında seçim etmək imkanı yaradılıb.
“Yaşıl taksi” proqramına paralel olaraq İnfrastruktur və Nəqliyyat Nazirliyi qeyri-peşəkarlar tərəfindən də elektriklə işləyən avtomobillərin alınmasına subsidiya verir və bunun üçün 28 milyon avro vəsait ayrılıb.
Maşın almaq istəyənlərin nəzərinə! - Vəziyyət dəyişir
Bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Akkumulyatoru necə düzgün çıxarmalı? - FOTO
Radiatoru korroziyadan necə qorumaq olar? - FOTO
Avtomobillərə maraq niyə azalıb? - Maşın bazarında durğunluq - VİDEO
Avtomobil bazarı saxta detalların əsirinə çevrilib? – ""Zirzəmi malları"orijinal adı ilə satılır"
Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır - FOTO
"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?
Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİR - VİDEO
“Cip”lər yollardakı çuxurları böyüdür - TƏDQİQAT
Ölülər də maşın sürür - ETİBARNAMƏNİN DAHA BİR FƏSADI








