Elektromobil istehsalçısı mis oğruları ilə bacara bilmir

Nə qədər qəribə gəlsə də, bu gün Avropa ölkələrində və ABŞ-da mis oğurluğu geniş vüsət alıb. Səbəb də bəllidir. Bu metal pandemiyadan sonra 70 faiz bahalaşıb. Avropada oğruların başlıca hədəfi dəmir yolunun rabitə xətləri idi. Fiberoptik sistemə keçdikdən sonra problem aradan qalxıb. Lakin oğrular başqa “obyekt” tapıblar. Nəzərə alaq ki, Avropada əlvan metal oğurluğu əsasən ermənilərin “inhisarındadır”.
Avtosfer.az xəbər verir ki, doldurma məntəqələrində mis kabellərin kəsilməsi şirkətlərə külli miqdarda ziyan vurur. Bunu nəzərə alan Tesla güc kabellərini markalamağa başlayıb.
Şirkət ümid edir ki, bu yolla oğrunu tutmaq daha asan olacaq. Metal qəbulu məntəqələri isə damğalı kabelləri tanıyaraq onları qəbul eməyəcək.
İkinci üsul isə kabellərin daxili hissəsinə əlavə izolyasiya tətbiq edərək çöl divarla izolyasiya qatının arasına yüksək təzyiqli boya doldurmaqdır. Nəzəri olaraq bu boya istifadəçiyə çətinlik yaratmayacaq.
Lakin kimsə kabeli kəsməyə cəhd etsə o zaman boya təzyiqlə çıxaraq ziyanvericilik aktını törədən şəxsin üst-başına çilənəcək. Boyanın izləri bir neçə gün qalacaq.
Hazırda hər 2 variant test mərhələsindədir.
Vüqar Yaşaroğlu
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












