Elektromobil sürücülərinin kütləvi səhvi

Hər 3 sürücüdən yalnız biri elektromobilin batareyasını düzgün doldurur.
Avtosfer.az xəbər verir ki, baş ofisi Brüsseldə yerləşən “Ethias Lease” lizinq şirkəti 8 aylıq tədqiqat nəticəsində belə bir qənaətə gəlib. Şirkət bildirir ki, elektromobil batareyalarının uzunömürlü olması üçün onların 20 – 80 faiz intervalında doldurulması zəruridir. Lakin sürücülərin yalnız 30 faizi bu qaydaya əməl edir.
Bir çox sürücü dolma göstəricisi 80 faizi ötdükdən sonra belə, elektromobili şəbəkədən ayırmır. Digər kateqoriya sürücülər isə batareyanın doluluq səviyyəsi 20 faizdən aşağı enmədikcə onu doldurmur.
“Ethias Lease” bildirir ki, belə bir vəziyyət batareyanın “sağlamlığına” zərbə vurur. 20-80 faiz intervalından fərqli halda müntəzəm doldurmalar batareyada kimyəvi deqradasiyanı sürətləndirir. Bu da son nəticədə onun ömrünü qısaldır.
Vüqar
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












