Faralara plyonka vurulması hansı hallarda cəriməyə səbəb olur? – CAVAB

Maraqlıdır, görəsən, avtomobilin faralarına plyonka vurulması hansı hallarda cəriməyə səbəb olur?
Avtomobilin faralarına plyonka vurulması məsələsi son dövrlər çox aktualdır. Sürücülər bu məsələ ilə bağlı bizə çoxsaylı suallar verərək bunun qanuni olub-olmamısını soruşurlar. Qeyd edək ki, bəzi sürücülər faraların üzərinə şəffaf plyonka vuraraq onun cızılmasının qarşısını alır, bəziləri isə tündləşdirərək görünüşünü dəyişmək istəyir.
Bu plyonkaların faraya çəkilməsinə icazə var, yoxsa yox?
Öncədən qeyd edək ki, şəffaf plyonkanın çəkilməsi ilə bağlı heç bir problem yoxdur. Lakin rəngli plyonkaların vurulması və yaxud faranın içəri hissədən qaraldılması texniki məsələdir. Yəni, bu dəyişikliyə olar-olmaz cavabını vermək üçün avtomobilin faraları xüsusu cihazla yoxlanılmalıdır. İşıq cihazları ilə bağlı standartlar var. Bu standartda işığın gücü və rəngi ilə bağlı normativlər mövcuddur. Əgər çəkilən tünd plyonka işığın gücünü (parlaqlığı) və rəng qrafikasını pozacaqsa, həmin plyonkanın vurulması qadağandır. Bunu demək üçün isə həmin normativləri bilən mütəxəssis və yoxlamaq üçün xüsusi cihaz lazımdır. Bunları yoxladaman plyonkanın çəkilməsi və ya faranın içəri tərəfən qaraldılması sürücünün məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilər.
Edilən dəyişiklik standartın tələbini pozarsa sürücü 150 manat məbləğində cərimə edilə bilər.

Mənbə: Lent.az
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










