“Ferrari” 17 ildə satdığı bütün avtomobilləri geri çağırır – SİYAHI

“Ferrari” şirkəti ABŞ-da 2005-ci ildən sonra satdığı bütün avtomobilləri geri çağırır.
Avtosfer.az xəbər verir ki, geri çağırma kampaniyası ABŞ-ın Federal Yol təhlükəsizliyi Agentliyinin (NHTSA) tələbi əsasında həyata keçirilir. Agentlik bildirir ki, tormoz mayesi rezervuarının qapağını tam təmizləmək mümkün olmur. Bu da maye itkisi ilə nəticələnir.
Geri çağırılan avtomobillərin ümumi sayı 20 mindən çoxdur. Kampaniya ağaşıdakı modellərə şamil edilir:
– Ferrari 430 2005-2009
– Ferrari 488 Pista 2019-2020
– Ferrari 612 2010-2011
– Ferrari 612 Scagletti 2005-2011
– Ferrari 812 2018-2022
– Ferrari California 2009-2017
– Ferrari California T 2015-2017
– Ferrari F12 Berlinetta 2013-2017
– Ferrari F12 TDF 2017
– Ferrari F60 America 2016
– Ferrari F8 Spider 2020-2022
– Ferrari F8 Tributo 2020-2022
– Ferrari FF 2012-2016
– Ferrari GTC4 Lusso 2018-2020
– Ferrari GTC4 Lusso T 2018-2019
– Ferrari LaFerrari 2013-2015
– Ferrari LaFerrari Aperta 2017
– Ferrari Portofino 2019-2022
– Ferrari Roma 2021-2022
Əlavə edək ki, standart avtomobillərdə belə bir hal ümumiyyətlə nasazlıq hesab edilmir və avtomobili qəzasız şəkildə illərlə idarə etmək olar. Sürəti 200 km/saatı keçən avtomobillərdə isə ən xırda nasazlıq ağır nəticəli qəzaya səbəb ola bilər.
Vüqar Yaşaroğlu
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











