FIAT yeni modellərini TƏQDİM ETDİ

Xüsusilə kiçik avtomobillərdəki uğurları ilə tanınan FIAT 125 yaşını keçmiş fabrikinin, Turindəki Lingotto binasının damındakı La Pista 500 trekində keçirilən mərasimlə qeyd edib.
Avtosfer.az xəbər verir ki, mərasimdə FIAT tarixinin mühüm modelləri nümayiş olunarkən brendin tarixi ilə bağlı fotoşəkillər və sənədlərdən ibarət Casa FIAT sərgisi də açılıb.
Qeyd edək ki, tədbirdə FIAT-la doğum günü eyni olan və məhdud sayda istehsal olunacaq Giorgio Armaninin adını daşıyan 500e Giorgio Armani modeli də təqdim olunub. Tədbirin diqqət çəkən məqamlarından biri FIAT-ın yeni B seqmentli avtomobili Grande Pnad-ın təqdimatı olub. Stellantis-in Smart Car platformasında yüksələn və dizaynında 1980’-də ilk Panda modelinə istinad edən Grande Panda yumşaq hibrid və elektrik seçimlərinə sahib olacaq. Elektrikli Grande Panda 44 kVt/saat batareyaya və 83 kVt elektrik mühərrikinə malik olacağı nəzərdə tutulub. Qarışıq istifadədə elektrikli Grande Panda-nın diapazonu 320 km-dən çox olacaq.
(news24.az)
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










