"Ford" zavodundan bir milyon dollar dəyərində avtomobillər oğurlandı

ABŞ-də "Ford" zavodunun anbarından 10 ədəd "F-150 Raptor" pikapı oğurlanıb. Oğurlanan avtomobillərin ümumi dəyəri bir milyon dollara yaxın olub.
Avtosfer.az-ın "Fox" telekanalına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları isti izlərlə bir neçə avtomobili tapıb və avtomobil oğrularını saxlamağa nail olub. Lakin bu, yalnız hücum edənlərin anbarda saxlanılan yük maşınlarının çənlərində olan yanacağın miqdarını nəzərə almadıqlarına görə mümkün olub.
Bütün oğurlanmış pikaplar anbarda saxlanılıb. Eyni zamanda, bir neçə hücumçunun mühafizə olunan avtomobil zavodunun ərazisinə necə girə bildiyi hələ də məlum deyil.
Polis oğurlanmış "F-150 Raptor"dan birini müəssisədən bir neçə kilometr aralıda magistral yolda tapıb. Məlum olub ki, pikapda yanacaq bitib. Qalan dörd avtomobili yaxınlıqdakı yanacaqdoldurma məntəqəsində saxlamaq mümkün olub. Qalan beş pikap axtarılır.
(oxu.az)
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar










