Gömrük Komitəsindən sürücülərə ŞAD XƏBƏR - Avtomobillərin qeydiyyatı asanlaşdırılır - VİDEO
Avtoxəbər
29 Sentyabr 2022 14:27

Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq. Avtosfer.az xəbər verir ki, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir. Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir.
Dövlət Gömrük Komitəsi tərəfindən gömrük prosedurlarının rasionallığının təmin edilməsi, rəsmiləşdirmə, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən bu yenilik məmnunluğun, şəffaflığın təmin olunmasına, növbələrin, vətəndaş-məmur təmasının aradan qaldırılmasına şərait yaradacaq.
Emin
Oxunub : 5902
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 23:13
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
27 Sentyabr 2026 17:24
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
27 Sentyabr 2026 12:00
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
23 Sentyabr 2026 18:00
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
23 Sentyabr 2026 17:48
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
23 Sentyabr 2026 14:48
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
23 Sentyabr 2026 12:53
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
23 Sentyabr 2026 09:48
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
22 Sentyabr 2026 17:36
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
22 Sentyabr 2026 17:00
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
22 Sentyabr 2026 15:53
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
21 Sentyabr 2026 20:36
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
ŞƏRH YAZ











