Gürcüstanda köhnə avtomobillərin idxalı qadağan edilir

Gürcüstan hökuməti köhnə avtomobillərin ölkəyə idxalının qadağan edilməsi istiqamətində işlərə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Noe Meqrelişvili “İnterpressnews” saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, söhbət Avro 5 standartına cavab verməyən avtomobillərin ölkəyə idxalının məhdudlaşdırılmasından gedir ki, bu da öz növbəsində 2013-cü ildən əvvəl istehsal edilmiş avtomobillərə aiddir.
Noe Meqrellişvili əlavə edib ki, bu təşəbbüs atmosferə buraxılan zərərli qazların miqdarının, karbon emissiyasınının əhəmiyyətli şəkildə azalmasına töhfə verəcək.
Onu da qeyd edib ki, müvafiq qanunvericiliyin hazırlanması istiqamətində işlərə artıq başlanılıb və müəyyən tətbiq mexanizmlərinin inkişaf etdirilməsindən sonra qanunvericiliyə düzəliş təsdiq edilməsi üçün Parlamentə təqdim ediləcək. Bundan sonra Avro 5 standartına cavab verməyən avtomobillərin Gürcüstanda qeydiyyatı mümkün olmayacaq.
Qeyd edək ki, Azərbaycan Gürcüstanın ən çox ikinci əl avtomobil ixrac etdiyi ölkədir. Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində Azərbaycana təxminən 160 milyon dollar dəyərində 17 mindən 150 avtomobil ixrac edilib.
apa
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO











