Xanım sürücü qaydaları bilmədən yoxa çıxırsa günah hansısa kişidədir - Nəqliyyat eksperti

Hazırda sürücülər arasında xanımların daha çox qaydanı pozduqları ilə bağlı iddialar dolaşır. Bəzi sürücülər bunu xanımların zərifliyi ilə əlaqələndirsə də, xanımların daha az qayda pozduğunu, diqqətli sürdüklərini söyləyənlər də az deyil.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında danışdı. Bildirdi ki, kimin yaxşı, kimin pis sürücü olması anlayışı düzgün deyil:
“Təəssüf edirəm ki, bu gün hazırlıqsız, sərişdəsiz və yol hərəkət qaydalarından xəbəri olmayan xanım sürücülərimiz kifayət qədərdir. Yol hərəkət qaydalarından xəbəri olmayan xanım sürücüyə maşın idarə etməyə icazə verilməməlidir. Hazırda səriştəsiz xanım sürücülərin həddən çox olması onu göstərir ki, qanunvericilikdə müəyyən boşluqlar var. Sürücüyə vəsiqə verərkən ilk növbədə onun peşəkarlığı yoxlanılmalıdır.
Bir çox Avropa ölkələrində sürücülük vəsiqəsi təqdim edilən zaman ona 3 aylıq sınaq üçün zaman tanınır. Əgər həmin sürücü ciddi şəkildə yol hərəkət qaydalarını pozarsa, ona yenidən sınaq mərhələsi verilir və sürücülük vəsiqəsinin vaxtı uzadılmır. Həmin sürücü hər hansı yol hərəkət qaydalarını pozduqda 6 ay yenidən sınaq müddəti verilir, sürücü yenidən imtahana göndərilir, daha sərt suallarla üzləşir. Sürücü məsuliyyəti dərk edir ki, mən vəsiqəni bu dəfə də itirsəm ömürlük maşın idarə edə bilməyəcəm. Bizdə belə deyil, qanunvericiliklə sürüclüyün məhdudlaşması ən pis halda 5 ildir. Və burada gərək ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verə ki, vətəndaş məhkum edilə, sürücülük hüququ 5 il müddətinə məhdudlaşdırıla. Ortada olan təhlillər, araşdırmalar bunu göstərir ki, səriştəsiz sürücülərin yola çıxması çox təhlükəli tendensiyadır.
Xanımların avtomobil idarəçiliyində etdiyi səhvlərdə kişilərin günahı çox boyükdür, hər bir xanım sürücünün arxasında bir kişi var. O, kişi görür ki, bu xanım yol hərəkət qaydaları tam bilmir, lazımsız yerə aşağı sürətlə idarə edir, sürücülük səriştəsi zəifdir. Belə olduğu halda xanım sürücüyə maşın idarə etməsi üçün icazə verirsə elə günah o, kişinin özündədir. Ola bilər xamım həvəskardır, maşın idarə etmək istəyir, onu başa salmaq lazımdır ki, hazırlaşmalı tam formalaşmalısan sonra sürücülük vərdişlərinə yiyələnməlisən. Ondan sonra təhlükəsiz şəkildə avtomobili hərəkət edə bilərsən. Qaydalara bələd olmayan xanım sürücüyə tək başına idarəçiliyinə icazə verməməlidir”.
Medianews.az
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










