Hibrid və elektromobillər yenə ucuzlaşacaq - DGK-dan yeni addımlar GÖZLƏNİLİR

Dövlət Gömrük Komitəsinin yaxşı işlərindən biri də bu oldu ki, bəzi qurumlar yatanda DGK təşəbbüs irəli sürüb ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsini stimullaşdıran qərarların qəbuluna nail oldular. Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramından irəli gələrək artıq eloktromobillər və hibrid avtomobillər ƏDV-dən azaddır. Bu da ölkəmizə bu tip yeni nəqliyyat vasitələrinin gətirilməsinə müsbət təsir göstərib.
Daha bir şad xəbər də verim ki, məhz Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə hibrid və elektromobillərin idxal rüsumundan azad olunması gözlənilir. Belə olarsa hibridlər və elektromobillər daha da ucuzlaşacaq.
Yeri gəlmişkən, stimullaşdırma və təşviq tədbirləri müsbət nəticə verib. Belə ki, 2021-ci ilin birinci yarımilliyində ölkəyə 4878 ədəd hibrid, 36 ədəd elektrik mühərrikli nəqliyyat vasitələri idxal olunmuşdusa, cari ilin eyni dövründə bu rəqəmlər ardıcıl olaraq 6218 və 153 ədəd olub.
Qısa müddətdə belə bir artım tempinə nail olmaq xoş bir mənzərə yaradır. Belə davam edərsə və yeni stimullaşdırıcı addımlar atılarsa o zaman Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin sayı tez bir zamanda artacaq ki, bu da avtoparkın yenilənməsi deməkdir.
DGK yanında İctimai Şuranın üzvü kimi qurumun bu istiqamətdəki fəaliyyətini diqqətlə izləyirəm və müsbət addımların atılmasının şahidi oluram.
Yaxın gələcəkdə hibrid və elektromobillərin idxal rüsumundan azad edilməsini görəcəyik və bazarda canlanmaya şahid olacağıq.
Elməddin Muradlı
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR











