“Hyundai” ABŞ-da elektromobil zavodu tikməyi planlaşdırır
Cənubi Koreyanın “Hyundai Motor Group” avtomobil istehsalçısı ABŞ-ın Corciya ştatında elektromobil istehsal edən zavod tikməyi planlaşdırır.
TED.az xəbər verir ki, marketwatch.com saytı bu barədə Birləşmiş Ştatların rəsmi dairələrindəki mənbəyə istinadla məlumat yayıb. Məlumata görə, “Hyundai” layihəni ABŞ Prezidenti Cozef Baydenin mayın 20-21-də Seula planlaşdırılan səfəri zamanı elan edəcək. Layihə dəyəri 7 milyard dollar olan müəssisə 8,5 min yeni iş yeri açmağa imkan verəcək. Burada elektromobillərlə yanaşı, daxiliyanma mühərrikli avtomobillər də istehsal olunacaq.
Bir müddət öncə “Hyundai” 2025-ci ilədək elektrik avtomobillərinin istehsalı, mövcud müəssisələrin modernizə edilməsi və texnologiyaların inkişafı üçün ABŞ-a 7,4 milyard dollar sərmayə yatıracağını bildirmişdi.
Ötən ilin dekabrında ABŞ-ın elektromobil istehsalçısı “Rivian Automotive” kompaniyası da Corciya ştatında zavod tikmək planlarını açıqlamışdı. Beş milyard dollar sərmayənin yatırılacağı layihə 7,5 min nəfəri işlə təmin etməlidir.
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA











