İkinci Qarabağ müharibəsinin 19 yaşlı şəhidi - FOTO

Füzuli rayonun Dövlətyarlı kəndindən anadan olan şəhid Cəfərli Əli İsa oğlu 44 günlük Vətən müharibəsində şəhid olan 2783 şəhiddən biridir.
Qəhrəman əsgər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Tərtər uğrunda Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.
Ə.Cəfərov İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən biridir. Ailənin tək oğul övladı olan şəhidimiz iki bacının bir qardaşı olub.
Ə.Cəfərlinin əmisi Cəfərov Adil Aydın oğlu da 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Sentyabrın 27-də şəhid olan qəhrəmanımızın nəşi bir ay sonra DNT analizi nəticəsində müəyyən olunaraq ailəsinə təhvil verilib, oktyabrın 28-də torpağa tapşırılıb.
Ailə yaxınlarının sözlərinə görə, 19 yaşlı şəhidimiz ali təhsil alıb, tarix müəllimi olmaq istəyirdi. Lakin həyat elə gətirdi ki, gənc yaşda tarix yazan qəhrəmanlardan oldu.
Allah rəhmət eləsin!
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












