İlon Maska Çin zərbəsi – Tesla batır

ABŞ və Çin arasında ticarət müharibəsi yeni mərhələyə keçərkən, Tesla gözlənilməz bir zərbə ilə qarşılaşıb.
Avtosfer.az xəbər verir ki, Tesla-nın sahibi İlon Mask rəhbərlik etdiyi avtomobil nəhəngi Model S və Model X modellərinin Çində yeni sifarişlərini dayandırmaq məcburiyyətində qalıb.
Bu addım ABŞ-Çin ticarət qarşıdurmasının birbaşa nəticəsi olaraq qiymətləndirilir.
Çindəki rəsmi Tesla veb saytında və WeChat mini tətbiqində artıq bu iki model üçün sifariş bölməsi deaktiv edilib. Bu isə o deməkdir ki, İlon Mask-ın “dünyanı dəyişdirəcək” brendi, dünyanın ən böyük bazarlarından birində ciddi məhdudiyyətlə üzləşib.
Müşahidəçilər bu vəziyyəti asimmetrik bir zərbə kimi qiymətləndirirlər. Çünki Mask və ABŞ Prezidenti Tramp, “Amerika üçün yaxşılıq” iddiası ilə ticarət savaşını başladılar, lakin nəticədə öz ayaqları altına mina döşədilər. Tramp administrasiyasının Çin mallarına qarşı tətbiq etdiyi 145%-lik tariflərə cavab olaraq, Çin də ABŞ istehsalı olan mallara – o cümlədən Tesla avtomobillərinə 125%-lik tarif tətbiq etdi.
Bu geosiyasi və iqtisadi zərbə ilk növbədə İlon Mask-ın şəxsi ambisiyalarına və texnoloji liderlik imicinə də ciddi xələl gətirib. Tesla-nın Şanxaydakı zavodu hələlik yerli istehsal olan Model 3 və Model Y ilə fəaliyyətini davam etdirir, lakin yüksək seqmentdə olan Model S və X-lər üçün Çin bazarı faktiki olaraq bağlanıb.
Üstəlik, mart ayında Tesla-nın Çindəki satışları ötən ilin eyni dövrü ilə müqayisədə 11% azalıb. Analitiklər qeyd edirlər ki, Model S və X artıq köhnəlmiş hesab olunur və Çin bazarında rəqabət qabiliyyətini itirib.
Bu inkişaflar həm də Mask-ın Trampla eyni cəbhədə yer almasından sonra yaranan strateji ziddiyyətlərin və diplomatik yanlışlıqların nəticəsidir. İndi isə görünür ki, “Amerika üçün” şüarı ilə yola çıxanlar – ən ağır zərbəni öz bizneslərinə endirirlər.
İlon Mask üçün Çin bazarında vəziyyət getdikcə daha çətin bir sınağa çevrilir. Növbəti addımlar Tesla-nın qlobal strategiyasını yenidən formalaşdıracaq. Amma sual budur: bu gedişdən sonra Mask nə qədər itirəcək? ("Ölkə.az")
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












