“Azsığorta”nın avtomobil sığorta şəhadətnaməsi satışına məhdudiyyət qoyulub

İcbari Sığorta Bürosu (İSB) “Azsığorta” ASC-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) növü üzrə icazəsinin ləğv edilməsini və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.3-cü maddəsinin tələblərini nəzərə alaraq, həmin şirkətin bu növ üzrə müqavilələrinin Büronun informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilməsini dayandırıb.
İSB-dən Apa-ya verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) 15 sentyabr 2022-ci il tarixindən şirkətin AVSMMİS növü üzrə icazəsini “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında ləğv edib.
Həmçinin Qanunun 105.4-cü maddəsinə müvafiq olaraq Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya əlaqədar müqavilələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirir.
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO












