Köhnə avtomobillərə görə vauçer veriləcək

Hər hansı şəxs tamamilə köhnə, istismar dövrünü başa vurmuş avtomobilini təhvil vermək istəsə, təhvil alınacaq və əvəzində vauçer veriləcək.
Avtosfer.az xəbər verir ki, bunu artıq hazırlanmış və razılaşdırılma mərhələsində olan “Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası Proqramı” ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə deyib.
Onun sözlərinə görə, utilizasiya proqramında köhnə avtomobillər dedikdə istehsal ili 10 ildən artıq olan avtomobillər nəzərdə tutulur. Avtomobilin markasından asılı olaraq, müxtəlif məbləğdə vəsait nəzərdə tutulacaq. Qiyməti 3-4 min manata qədər motosikletlərdən başlayaraq iri avtomobillərə qədər ancaq yeni maşın almaq üçün müraciət etdikdə, vauçerdə olan məbləğ həmin yeni avtomobilin satış qiymətindən çıxılacaq.
Qeyd edək ki, vauçer yazılı sertifikat, qəbz, malların alınmasını təsdiqləyən sənəd, mal və ya xidmətlər üçün endirimlərdir.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












