Köhnə maşın sürənlərə VACİB XƏBƏR – Dövlət hansı güzəştlər edəcək? - AÇIQLAMA

Ölkəmizdə gələn ilin əvvəlindən etibarən köhnə avtomobillərin utilizasiyasına başlanacaq. "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub.
Ölkəmizdə gələn ilin əvvəlindən etibarən köhnə avtomobillərin utilizasiyasına başlanacaq.
Prosesin könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Avtosfer.az-a danışan DİN yanında İctimai Şuranın üzvü, ekspert Elməddin Muradlı bildirib ki, hələlik prosesin detalları tam məlum deyil. O bildirib ki, ilkin məlumata görə, layihə nəticəsində yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələri utilizasiya ediləcək, yollarda şütüyən köhnə avtomobillər isə mərhələli şəkildə yeniləri ilə əvəzlənəcək: “Həmçinin istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək. Hansı model avtomobillərin, hansı ilin buraxılışı olan avtomobillərin bu prosesə cəlb ediləcəyi, həmçinin avtomobilin ümumi vizual görnüşünə görə utilizasiya ediləcəyi hələ ki məlum deyil. Bütün bu məsələlər açıq qalır”.

E.Muradlı qeyd edib ki, pul verilərkən məbləğin necə hesablanacağı - mühərrikin həcminə görəmi, tonnajına, yoxsa xarici görünüşünə görəmi – bu da məlum deyil: “Ola bilsin avtomobilin buraxılış ili yenidir, vizual görünüşü bərbaddır. Bu halda necə olacaq?
Həmçinin, ölkəyə yeni avtomobil gətirənlərə bu şansı verə bilərlərmi? Məsələn, dövlət vətəndaşın köhnə avtomobilini alır, qarşısında tələb qoyulur ki, AVRO 5 standartına uyğun yeni avtomobil, ya da ikinci əl işlənmiş avtomobil gətir. Əvəzində həmin şəxsə ƏDV, aksiz vergisi və gömrük rüsumunda güzəştlər ediləcək. Bu detallar hələ ki, müəyyənləşməyib. Əsas sual doğuran bu məsələlərdir”.
Ekspert bildirib ki, adam var ki, ailəsinin yeganə dolanışığı bu köhnə avtomobildir. Müəyyən qisim vətəndaşın yeni avtomobili ilə bərabər bir neçə köhnə avtomobili də var: “İkinci qrupdan olanlar gözləyir ki, dövlət bu prosesə başlasın, pul qazansın. Bu şəxslərə yanaşma necə olacaq? Düşünürəm ki, dövlət bu məsələləri ciddi tənzimləməlidir. Prosesin tənzimlənməsində hüquqi boşluq olmamalıdır”.
Muradlının fikrincə, proses könüllülük əsasında baş verəcəksə, heç kəs köhnə avtomobilini metalloma verməyəcək: “İstəyən indi də köhnə avtomobilini verə bilər. Bundan ötrü dövlət proqramına ehtiyac yoxdur ki. Bütün detallar müzakirə olunmalıdır. Hökumətin bütün bunları ictimai müzakirəyə çıxarmadan bu proqramı qəbul etməsi doğru olmaz. Vətəndaş cəmiyyəti insitutları, bu sahənin mütəxəssisləri ilə müzakirələr aparılmalıdır. Cəmiyyətin fikrini öyrənmək lazımdır. Belə müzakirələr aparılmadan qərar qəbul edilərsə, çoxsaylı problemlər olacaq. Bu da Cənab Prezidentin yürütdüyü siyasətə ziddir. İnsanların mövqeyini öyrənmədən qərar qəbul etmək ciddi fəsadlar yaradacaq”.
Ekspert hesab edir ki, gələn ildən Dövlət Proqramının icrası mümkün olacaq: “Hələ ki, tam detallar məlum deyil. İqtisadiyyat Nazirliyi də bəyan edib ki, bu məsələ hələ ki müzakirə mərhələsindədir”.
Könül
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?











