Maşın alanda ustaya getmək dövrü geridə qaldı: Yeniliklər olacaq - VİDEO

Artıq, avtomobil alan zaman ustaya aparıb yoxlatmaq dövrü keçmişdə qalır. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi, Elektron Hökümət Sisteminə inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, qəza sonrası prosedurların dəqiq şəkildə sistemə işlənməsi, həmin avtomobilin alqı satqısı zamanı alıcının köməyinə çatacaq. Avtomobili alan şəxs onun texniki vəziyyəti ilə onlayn tanış ola biləcək.
Prezident İlham Əliyevin fərmanı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi, Elektron Hökumət Sisteminə inteqrasiya olunacaq. Bu fərman proseslərin elektronlaşdırılması, informasiyaların daxil edilməsi, qəza sonrası prosedurların sürətlə və dəqiq icra olunmasına kömək edəcək.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu sistemə daxil edilən məlumatlar bir sıra dövlət qurumları üçün də əlçatan olacaq. Elektron baza hazır olduqdan sonra, ikinci əl avtomobillərin onlayn alqı-satıqısı asanlaşacaq.
Avtosfer.az xəbər verir ki, ekspert bildirib ki, bu proses avtomobil alqı-satqıısında fırıldaqçılığın da qarşısını alacaq. Bundan başqa avtomobili internet üzərindən bəyənən şəxs, onun texniki vəziyyəti ilə onlayn tanış olduqdan sonra, özü getmədən olduğu yerə sifariş verəcək.
Ekspertin sözlərinə görə, elektron bazanın yaradılması gələcəkdə yararsız avtomobillərin ölkəmizdə utilizasiya proqramına və ikinci əl avtomobillərin alqı-satqısına dəstək olacaq. Avtomobillər haqqında məlumat isə dövlət yol polisi ilə yanaşı bir sıra rəsmi qurumlar tərəfindən sistemə daxil ediləcək.
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb












