Mazda3 daha güclü və qənaətcil olub

Mazda şirkəti 2023-cü model ilinin Mazda3 hetçbek və sedanını təqdim edib. Əsas yenilik - daha güclü və qənaətcil olan 2,5-litrlik Skyactiv-G afmosfer mühərrikidir.
Amerika Birləşmiş Ştatlarında satılan Mazda3 modelinin 2,5-litrlik Skyactiv-G atmosfer mühərriki hazırda 195 at qüvvəsi və 252 Nm fırlanma anı hasil edir ki, bu da əvvəlkindən 5 at qüvvəsi çoxdur. Bundan başqa, mühəndislər silindrlərin söndürülməsi sisteminin işini optimallaşdırıblar. Nəticədə, 100 kilometrə düşən yanacaq sərfiyyatı şəhərdə - 8,4 litrə, magistral yolda isə 6,4 litrə qədər azalıb.
Model ilinin dəyişməsi ilə “üçlüyün” qiyməti bir qədər artıb: indi ilkin Mazda3 2.5 S modelinin qiyməti sedan üçün 22 550 dollardan, hetçbek üçün isə, 23 550 dollardan başlayır. Səbəb - ümumi qiymət artımı və 20.800 dollardan satılan Skyactiv-G 2.0 mühərrikli sedanın model çeşiddən çıxarılmasıdır. Mazda3 modelinin baza versiyası altı pilləli “avtomat”, G-Vectoring Control Plus dartmaya nəzarət sistemi və geniş çeşiddə i-Activsense elektron köməkçiləri ilə təchiz edilir.
Başqa dəyişikliklər də var. Mazda3 Carbon Edition versiyasına opsional tam ötürmə sistemi əlavə edilib və belə avtomobilləri yalnız Polimetal Gray rəngində və qırmızı rəngdə dəri salonla sifariş etmək olar.
Bu arada, Mazda3 2.5 Turbo variantı yalnız beşqapılı modeldə qalıb, lakin bahalı 2.5 Turbo Premium Plus versiyası həm hetçbek, həm də sedan ola bilər.
Ən bahalı modifikasiya 254 at qüvvəsi və 434 Nm fırlanma anı hasil edən 2,5-litrlik Skyactiv-G 2.5 Turbo turbomühərriki, tam ötürmə, arxa spoyler və parlaq qara dekor ilə çatdırılır. Top versiyanın qiyməti 34.000 dollardan başlayır.
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB
Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah










