Məşhur avtomobil brendi Çindəki istehsalını azaldır

Yaponiyanın tanınmış avtomobil korporasiyası “Nissan Motor” satışın zəifləməsi səbəbindən Çindəki istehsalını təxminən 10 faiz azaldıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, səbəb Çin bazarında “yaşıl avtomobil”lərə (elektrik mühərrikli avtomobil) marağın sürətlə çoxalması fonunda ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin satışının azalmasıdır.
“Nissan”ın Çinin Çancou şəhərindəki müştərək müəssisəsində SUV modellərin istehsalı azaldılıb. İllik istehsal gücü 130 min avtomobil olan Çancoudakı zavod “Nissan”ın Çindəki ümumi istehsalının təxminən 10 faizini təmin edir. Şirkət Çin bazarında strategiyasını dəyişməyi də nəzərdən keçirir.
Qeyd edək ki, Yaponiyanın digər tanınmış istehsalçılarından “Mitsubishi Motors” ötən il Çindəki fəaliyyətini dayandırıb, “Honda Motor” isə könüllü ixtisar yolu ilə istehsalı azaldır.
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO












