Məşhur elektromobil istehsalçıları iflas ərəfəsindədir

Bir gün əvvəl dünyanın üçüncü ən böyük elektrik avtomobil istehsalçısı olan Almaniya şirkəti "ZF Friedrichshafen" ölkədəki bütün iş yerlərinin 1/4-nə qədər ixtisar etmək niyyətində olduğunu açıqlayıb. Söhbət təxminən 14 min işçidən gedir.
Qaynarinfo xəbər verir ki, 2024-cü ilin birinci yarısında Almaniyada elektrik avtomobillərin satışı 16,4% azalıb, Fransa və Böyük Britaniyada isə yüksəlib. Bu istehsal sahəsinə yatırılan milyardlarla avro hələ də öz bəhrəsini verməyib.
"Horvath" tərəfindən aparılan sorğuda iştirak edən avtomobil istehsalçılarının 59%-i növbəti 5 il ərzində Almaniyada işçi qüvvəsini azaltmağı planlaşdırdıqlarını bildirib. Onların 14%-i işçilərin əhəmiyyətli ixtisarını gözləyir. Problem ondadır ki, elektromobillər gözlənildiyindən qat-qat pis satılır.
ABŞ təcrübəsi göstərir ki, elektrik avtomobil istehsalçıları üçün subsidiyalar lazımdır.
"İnflyasiyanın Azaldılması Aktı (IRA) çox uğurlu təşəbbüsdür. IRA ABŞ-da batareya istehsalına böyük təkan verdi. Almaniya ABŞ-dan öyrənməlidir", deyə Makro İqtisadiyyat və İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Sebastian Dullien "Bild"ə bildirib.
Hazırda enerji doldurma məntəqələrində elektrik enerjisi çox bahadır, ona görə də elektromobillər öz pulunu ödəmir. Bundan əlavə, şarj stansiyaları hələ də çox azdır.
"Volkswagen" şirkəti Zvikau şəhərindəki elektromobil zavodunda minə yaxın işçini ixtisar etmək niyyətindədir. İstehsalçı "Continental" da iş yerlərini ixtisar etmək planlarını açıqlayıb. "Bosch" qeyd edib ki, bəzi sahələrdə ixtisarların qarşısını ala bilməyəcək.
"Burada istehsal etdiyimiz şey hələ də homeopatiyadır. Əslində, bu, bütün zavodun iki növbədə işləməsini əsaslandırmaq üçün çox azdır", deyə "Ford Almaniya"nın müşahidə şurasının sədri Qunnar Hermann "Bild"ə bildirib.
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?










