Mirziyoyev konveyerdən çıxan ilk elektromobilə imza atıb - FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Cizak vilayətində BYD avtomobil zavodunda olub.
Avtosfer.az xəbər verir ki, dövlət başçısı konveyerdən çıxan ilk elektromobilin üzərində öz imzasını qoyub.
Zavod yanvar ayında işə salınıb. Bu, dəyəri 160 milyon dollar olan və ildə 50 min elektrik avtomobili istehsal gücünə malik layihənin birinci mərhələsidir.
Önümüzdəki illərdə zavod model çeşidini genişləndirməyi planlaşdırır. Dəyəri 300 milyon dollar olan layihənin ikinci mərhələsi çərçivəsində istehsalın ildə 200 min elektrik avtomobilinə, üçüncü mərhələ çərçivəsində isə 500 milyon dollar dəyərində 500 min elektrik avtomobilinə çatdırılması planlaşdırılır.
Lokallaşma səviyyəsi tədricən artacaq. İlk növbədə, bamper, şüşə, lak və plastik hissələrin istehsalı qurulacaq. Gələcəkdə akkumulyatorlar, elektrik mühərrikləri, alüminium hissələri, təkərlər və oturacaqların istehsalı planlaşdırılır.
Bundan əlavə, lokallaşdırma layihələri vasitəsilə istehsal xərclərinin azaldılması tədbirləri müzakirə olunub. Hesabatda qeyd olunur ki, gələcək üçün məqsəd regionun bazarlarına çıxmaqdır.
Şirkətdə 1,2 min nəfər çalışır. Keçən il "UzAuto Motors" zavodlarında 200 işçi təlim keçib. Bu il daha 92 mütəxəssis Çinin Sian və Çanşa şəhərlərində keyfiyyətə nəzarət, texnologiya, təchizat və avadanlıqlara texniki xidmət sahələrində təlim keçəcək. Üçüncü mərhələdə işçilərin sayı 10 minə çatacaq.
(modern.az)
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları


















