Müdafiə Nazirliyinin yol polisinə milyonluq cərimə borcu yarandı - Maşınlar kobud qayda pozur

Müdafiə Nazirliyinə məxsus yüzdən çox avtomobilin külli miqdarda cərimə borcu yaranıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, nazirliyə məxsus nəqliyyat vasitələrinin cərimə borcları o həddə çox olub ki, artıq vəziyyətə rəhbərlik müdaxilə etməli olub.
Araşdırmalar zamanı üzə çıxıb ki, Müdafiə Nazirliyinin sürücüləri arasında qeyri-peşəkarlar çoxdur və onlar bəzən lüzumsuz yerə kobud qayda pozuntularına yol verirlər. Ərazilərdə xidmət aparan yol polisi əməkdaşları hərbi nömrə nişanlı avtomobillərin sürücülərinə güzəştlər etsə də, xüsusi texniki vasitələr qayda pozuntularının hamısını qeydə alıb. Məlum olub ki, Müdafiə Nazirliyinə məxsus avtomobillər əsasən sürət həddini aşmağa görə radara düşüb və cərimələr yazılıb. Digər qayda pozuntuları da var ki, onların da əksəriyyəti kobud və təhlükəli pozuntular sayılır.
Qayda pozuntularına görə hazırda MN-nin elə avtomobili var ki, üzərində 30 min manatdan çox cərimə mövcuddur. Həmin avtomobillərin bir çoxu generallara, komandir heyətinə məxsusdur. Müdafiə Nazirliyinin rəhbər şəxsləri (idarə, şöbə və bölmə rəisləri) arasında da qayda pozuntularına görə cərimə ödəməyənlər var.
Müdafizə Nazirliyinin avtomobillərinin üzərində olan cərimələrin məbləği 1 milyon manatdan çoxdur. Yüzlərlə avtomobil ödənilməyən cərimələrlə hələ də idarə olunur.
Qeyd edək ki, son vaxtlar Müdafiə Nazirliyinə məxsus avtomobillər tərəfindən törədilən yol qəzalarının sayı artıb. Xüsusən, işğaldan azad olunan ərazilərdə tez-tez yol qəzaları baş verir ki, nəticədə hərbi qulluqçularımız həlak olur. Təklif edirik ki, Türkiyə təcrübəsindən istifadə edərək orduda peşəkar sürücü heyəti hazırlansın, təlimlər və təbliğat işləri gücləndirilsin.
Türkiyədə Jandama tərəfindən bu cür addımlar atmaqla yol qəzalarının sayı 50 faiz azaldılıb.
Emin
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...











