Müzakirə gedir, yeni CİHAZ yerləşdiriləcək! Polis yük maşınlarını daim nəzarətdə saxlayacaq... - FOTO

Medianın gündəmindən heç vaxt düşməyən xəbərlərdən biri yol-nəqliyyat qəzalarıdır. Ölümlə nəticələnən qəzalarının əksəriyyətinə isə yük avtomobilləri səbəb olur. Təkcə üç il ərzində yük avtomobillərinin iştirakı ilə 419 yol qəzası baş verib, 239 ölüm faktı qeydə alınıb. Bəs yük avtomobillərinin törətdiyi bu qəzaların qarşısı necə alına bilər? Onların ümumi magistral yoldan çıxarılması mümkündürmü?
Avtosfer.az sitat.info-ya istinadən xəbər verir ki, açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, yük avtomobilləri sürət həddini gözləmədikləri üçün qəza törədirlər: "Yük avtomobilləri ilə bağlı müəyyən qaydalar var. Onların əksəriyyəti bu gün şirkətlərin nəzarətindədir və onlar da sürət limiti tətbiq edə bilirlər. Azərbaycan qanunvericiliyinə görə yük avtomobilləri üçün maksimal sürət 90 km/saat-dır. Amma təəssüf ki, bəzən 110 km-lik sürət tətbiq olunan yerlərdə baxırıq ki, yük avtomobilləri minik avtomobillərini ötür. Bu da onu göstərir ki, həmin yük avtomobilinin sürəti 110-dan yuxarıdır. Və onlar mütəmadi olaraq yollardan istifadə etdiklərinə görə həmin avtomobillərin sürücüləri radarların, kameraların yerini əzbər bilirlər və belə sui-istifadə hallarına da yol verirlər".

Ekspert bildirir ki, qəzaların baş verməməsi üçün ciddi tədbirlər görülməlidir: "Təklif edirik ki, yük avtomobillərin iştirakı ilə baş verən qəzaların qarşısını almaq üçün qara qutu sayılan cihaz həmin avtomobillərə yerləşdirilməlidir. Bununla bağlı Dövlət Avtomobil Nəqliyyat Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi artıq danışıqlar, müzakirələr aparır. Yəqin ki, buna keçid dövrü başlayacaq. Çünki , yalnız bu halda sürücülərə və avtomobillərə tam nəzarət etmək mümkündür. Avtomobillərə taxoqraf adlandırdığımız cihaz yerləşdirilməlidir. Bu cihaz vasitəsi ilə avtomobilin neçə saat fasiləsiz işlədiyi, sürücünün hansı qaydalar pozduğu öz əksini tapır. Taxoqrafın yaddaşına da yol polisi istənilən vaxt baxa bilir. Belə olan halda həmin sürücü barəsində də ciddi tədbirləri görmək mümkündür. Təbii ki, sürücü bu məsuliyyəti hiss etdikcə daha ehtiyatlı olur. Ona görə də bu taxoqraflardan istifadə mütləq lazımdır. Yük avtomobilləri minik avtomobillərindən böyük olduğu üçün onlarla toqquşduğda ağır nəticələr meydana gəlir. Qəza ağır xəsarətlər, hətta ölümlə nəticələnir, yol təsərrüfatına ziyan dəyir. Bu görə artıq ciddi nəzarət mexanizmin həyata keçirilməsinə ehtiyac var".
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











