Narkotikin təsiri altında sürət yarışı keçirən sürücülərə 15 sutka həbs verildi - VİDEO

Bakı Şəhər DYP İdarəsindən verilən məlumata əsasən, paytaxtın Nərimanov rayonu H.Əliyev prospektində “Hyundai” markalı, 10-RM-044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abdullazadə Orxan Qalib oğlu və “Vaz 21705” markalı, 10-XO-034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quluzadə Erol Azər oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücülərin hərəkətləri şübhə doğurduğundan onların tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Abdullazadənin və E.Quluzadənin narkotik vasitə qəbul etmələri də müəyyən olunub.
Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Abdullazadənin və E.Quluzadənin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 sutka inzibati qaydada həbs ediliblər.
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq












