Naviqatorla gedən sürücü heç bir nişan olmayan körpüdən aşıb öldü - FOTO

ABŞ-da iki uşaq atası olan şəxs avtomobilində naviqatorla hərəkət edərək ölümə yuvarlanıb. Avtosfer.az xəbər verir ki, Fil Pakson adlı şəxsin avtomobildə istifadə etdiyi naviqator onu 2013-cü ildə su altında qalan körpüyə aparıb. Lakin yolda heç bir xəbərdarlıq nişanı və ya maneə olmadığından Pakson avtomobillə birlikdə körpüdən aşıb.
Polisin verdiyi açıqlamada Paksonun saat 23:00-da körpüdən aşdığı, lakin onun avtomobilinin səhər saat 9.45 radələrində tapıldığı bildirilib. "Kimsə bu ərazidə hansısa sədd və ya barrikada qurmalı idi. Bu, şəxsi mülkiyyətdir. O, dövlətin himayəsində deyil", - deyə rəsmi məlumatda qeyd edilib.
Mərhumun həyat yoldaşı Alisa Pakson deyib ki, sadəcə təhlükəsizlik nişanı ərinin həyatını xilas edə bilərdi: “Amma kimsə məsuliyyəti üzərinə götürmək istəmir”.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb











