“Nissan” ABŞ-da ən çox satılan avtomobil modelinin istehsalını azaldacaq

Nissan Donald Tramp administrasiyasının tətbiq etdiyi yeni tariflər səbəbindən istehsal planlarına yenidən baxmağa məcburdur. Yaponiyanın Kyuşu zavodunda ABŞ-ın ən çox satılan yolsuzluq avtomobili “Rogue” modelinin istehsalı 2025-ci ilin may ayından iyula qədər 13 min ədəd azalacaq.
Avtosfer.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xaricdə istehsal olunan avtomobillərə 25 faizlik vergi tətbiq etmək qərarı qlobal avtomobil tədarük zəncirini alt-üst edib. Yaponiyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan “Nissan” buna bəzi rəqiblərindən daha həssasdır. “Reuters” xəbər verir ki, Birləşmiş Ştatlar onun əsas bazarıdır və keçən il satdığı avtomobillərin dörddəbirindən çoxu bu ölkəyə göndərilib. Onların əksəriyyəti Yaponiya və ya Meksika istehsalıdır.
“Nissan”ın ən böyük Kyuşu zavodunda işçilər may ayından iyula qədər daha az saat işləyəcək və bəzi günlərdə istehsal dayandırılacaq. Avtomobil istehsalçısı tarif perspektivindən asılı olaraq istehsal vəziyyətini daha sonra nəzərdən keçirəcək.
Donald Tramp bazar ertəsi avtomobil vergisini dəyişdirməyi düşündüyünü söyləyib. Onun fikrincə,, avtomobil istehsalçılarının bir az vaxta ehtiyacı var.
Tariflər tətbiq edilməzdən əvvəl də “Nissan” böhrandan çıxmaq planının bir hissəsi olaraq qlobal gücü 20 faiz azaltmağı planlaşdırırdı.
Daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












