“Nissan” yeni batareya müəssisələri tikdirəcək

“Nissan Motor Co.” şirkəti Yaponiyada və Böyük Britaniyada elektromobil batareyaları istehsal edəcək iki müəssisənin tikintisinə 200 milyard yen (1,8 milyard ABŞ dolları) həcmində vəsait qoyacaq.
Avtosfer.az "Nikkei”yə istinadən xəbər verir ki, dünyanın 7-ci ən böyük elektromobil batareyaları istehsalçısı olan Çinin “Envision AESC” şirkətinin idarəçiliyində olacaq hər iki müəssisənin 2024-cü ildən fəaliyyətə başlayaraq ildə 700 minədək elektromobil üçün batareyalar istehsal edəcəyi gözlənilir. Bununla da şirkət ümumi istehsal gücünü ildə 900 min batareyaya çatdıqmağı hədəfləyir. Belə ki, hazırda "Nissan" ildə 180 min elektromobil elementi istehsal edir.
Şirkət həmçinin Çinin CATL, Cənubi Koreyanın "LG Chem" kimi iri batareya istehsalçıları ilə də yeni müəssisə tikintisinə dair danışıqülar aparır.
Bundan əvvəl “FT” xəbər vermişdi ki, “Nissan” Sanderland şəhərindəki mövcud müəssisəsində ildə 200 min elektromobil batareyası istehsalını təşkil etmək üçün Böyük Britaniya hökumətilə səmərəli danışıqlar aparır.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










