Norveçin elektromobil parkı: 20 illik inkişaf və HƏDƏF

Avropa ölkələri arasında elektromobil parkının inkişafına görə ilk yerdə Norveç dayanır. Bu ölkədə elektromobillərin sayı artıq benzin mühərrikli maşınları üstələyib.
Avtosfer.az xəbər verir ki, sentyabr ayına olan statistikaya görə, ölkədəki 2,8 milyon fərdi avtomobilin 754 303 ədədi, başqa sözlə parkın 26%-ni elektromobillər təşkil edir. Ölkədə 753 905 ədəd benzin mühərrikli avtomobil istismar edilir.
Norveç Yol Hərəkəti İnformasiya Şurasının (OFV) məlumatına görə ölkədə təxminən 1 milyon ədəd Dizel mühərrikli avtomobil istismar edilir. Bu tip maşınların sayı ilbəil azalsa da, dominantlığını (parkın 35%-i) hələ ki qoruyur.
Avqustda satılmış təzə maşınların 94%-dən çoxu elektrik dartılı olub. Yeri ekspertlər də vəziyyətdən razıdırlar. Bəs bu soyuq Skandinaviya ölkəsi belə bir nəticəyə necə nail olub?
2004-cü ildə Norveçdə cəmi min ədəd elektromobil, 230 min ədəd Dizel və 1,6 milyon bnzin mühərrikli maşın vardı. Hökumətin elektromobillə bağlı güzəştləri insanları bu texnikaya yönəltdi. Bu maşınların sahibləri üçün bütün yollar və parklama yerləri pulsuz oldu, ictimai nəqliyyatın yoluna çıxmağa icazə verildi, vergilər azaldıldı. İndi isə güzəştlər tədricən məhdudlaşdırılır.
Hazırda Norveç daha bir iddialı plan ortaya qoyub: 2025-ci ildən etibarən ölkədə yalnız elektromobil və hidrogen mühərrikli maşınlar satılacaq. Başqa sözlə, Krallıq Avropanı 10 il qabaqlamaq istəyir. Həm də məqsəd 2030-cu ilədək karbon emissiyalarını 55% azaltmaqdır.
Vüqar Yaşaroğlu
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA










