“Opornı yonduranlar” hansı əsrdə qalıblar? - FOTO

Azərbaycanda köhnə avtomobil çoxdur və bunu istənilən küçədə hiss etmək mümkündür. Qlobal tendensiya budur ki, köhnə avtomobillərin çox olduğu bazarlarda saxta detallar da ayaq açır.
Bunlardan çox rast gəlinənləri arasında tormoz qəlibləri və tormoz diskləri də var.
Hər sürücü həyatı boyu azı bir neçə dəfə tormoz qəlibi (danışıqda nakladka) dəyişib. Bu zaman avtomobilin özünü qəribə aparmasının da şahidi olub.
Bəzən avtomobil sahibinin mağazadan alıb gətirdiyi tormoz qəlibini usta yerinə qoya bilmir. Sanki səhv alınıb. Detal supporta oturmur, ya da o qədər qalındır ki, tormoz diskinə yapışır. Bəs səbəb nədir? Bir qədər keçmişə qayıdaq.

18-ci əsrdə Avropa və ABŞ-da hərbi zavodlarda istehsalın kütləviləşməsi eyni ölçülü detalların istehsalını zəruri etdi. Birinci dünya müharibəsi zamanı isə bu tələblər mülki sənayeyə də keçdi. Nəticədə qarşılıqlı əvəzolunma anlayışı ortaya çıxdı. Yəni, bir detal dəyişdirildikdə təzə detal keyfiyyət və kəmiyyət etibarı ilə köhnədən fərqlənməməlidir. Bunun üçün də istər yerli, istərsə də beynəlxalq standartlarda müsaidələr (yolveriləbilən, mümkün xətalar) müəyyən edilib.
Bəzən ustalar təzə tormoz qəliblərini yerinə oturtmaq üçün onun bəzi hissələri yonurlar. Tormoz disklərində isə vəziyyət daha pisdir. Təsəvvür edin, usta detalı dəyişir, avtomobil tormozlama zamanı pedal sürücünün ayağını “vurur”, vibrasiya baş verir, maşın sağa və ya sola dartılır. Bundan sonra isə usta detalı təkrar sökərək tornaçıya yonulmağa göndərir. Bəs bu nə dərəcədə doğrudur?
21-ci əsrdə, detalları milyonda bir dəqiqliklə emal etmək mümkün olduğu halda təzə alınmış disk və ya qəlibin təkrar korreksiyaya ehtiyacı olması artıq onun hansı keyfiyyətdə hazırlandığının göstəricisidir. Ölçülərdə minimal xətanın millimetr deyil, mikrometrlə ölçüldüyü dövrdə yerinə oturmayan qəlib, yaxud vibrasiya edən disk yalnız metal tullantısı kimi işə yarayır. Bu detalları nəinki müasir, heç sovet avtomobilinə də qoymaq olmaz.
PS. Tormoz qəliblərinin digər parametrləri ilə bağlı ayrıca xəbər hazırlanacaq.
Vüqar
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər










