Ötən il dünya üzrə elektromobillərin satışı 160% ARTIB

Energetika Nazirliyi elektromobil avtomobillər haqqında videoçarx hazırlayıb.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, 2021-ci ildə qlobal avtomobil satışlarının təqribən 10 faizini elektromobillər təşkil edib.
Ötən il dünya üzrə elektromobillərin satışında 160 faiz artım olub. Hazırda dünyada 10 milyon elektromobil istifadə edilir ki, bu da bütün maşınların 0,7 faizi deməkdir. Bu göstəricinin 2030-cu ilə qədər 7 faizə çatacağı gözlənilir.
Dünya üzrə elektriklə işləyən avtomobillərin ümumi sayı təxminən 16,5 milyona çatıb. Cari ildə də elektrikli avtomobillərin qlobal satışları kəskin şəkildə artıb. Bu ilin birinci rübündə 2 milyon elektrikli avtomobil satılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 75 faiz çoxdur.
Bazarda mövcud olan elektrikli nəqliyyat vasitəsi modellərinin sayı 450-ə yaxındır.
Ötən il elektrikli nəqliyyat vasitəsi satışlarının artmasına Çin rəhbərlik edib. Çində satılan elektrikli nəqliyyat vasitəsinin sayı 3,3 milyon olub.
2021-ci ildə Avropada yeni elektrikli avtomobil satışı üzrə ən yüksək bazar payı olan ölkələrə Norveç (86 faiz), İslaniya (72 faiz), İsveç (43 faiz), Hollandiya (30 faiz), Fransa (19 faiz), İtaliya (9 faiz) və İspaniya (8 faiz) daxildir.
Hazırda mövcud olan siyasət ssenarisi (IEA Stated Policies Scenario-STEPS) çərçivəsində elektrikli avtomobillərin 2030-cu ildə ümumi avtomobil satışının 20 faizini təşkil edərək, sayının 200 milyona çatacağı proqnozlaşdırılır. (Azərtac)
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı











