Payız aylarında Azərbaycanda avtomobillər bahalaşacaq

Sentyabr-oktyabr aylarında Azərbaycanda avtomobillər bahalaşacaq.
Bunu apa-ya açıqalamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, iyul ayı ilə müqayisədə avqust ayında avtomobil bazarında durğunluq hökm sürür. Satışlar 10-15% civarında azalsa da, qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur. O bildirib ki, bu ilin yaz aylarından etibarən yeni avtomobil bazarında krassover və mini krossover modellərinə maraq artıb.

“İkinci əl” avtomobil bazarında isə daha çox hibrid və dizel mühərrikli avtomobilllərə maraq artıb. Bu da “Aİ-95” markalı benzinin bahalaşması ilə bağlıdır:“Vətəndaşlar “Prius”la yanaşı, ABŞ-dan gətirilən 1,5 l. həcmli köhnə hibrid və dizel mühərrikli avtomobillərə üstünlük verirlər”.
Ekspert bildirir ki, sentyabr ayından etibarən avtomobil bazarında yenidən satışlarda canlanma yaranacaq. Əsas problem isə komfortlu yeni hibrid avtomobilləri ilə bağlı olacaq. Belə ki, elektron avadanlıq və ehtiyat hissələrində çatışmaqlıq bu avtomobillərin qlobal istehsalının və satışlarının azalmasına səbəb ola bilər. Bu da yerli bazarda komfortlu avtomobil qıtlığı yarada bilər.
Ümumilikdə isə E.Cəfərov hesab edir ki, payız aylarında Azərbaycanda avtomobillər 2% civarından bahalaşa bilər: “Məsələn, hazırda 32 min dollara satılan Yaponiya istehsalı olan yeni avtomobil 33 min dollara təklif ediləcək”.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











